Sloveniyaya səfəri çərçivəsində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdül-Qədirov Lyublyana şəhərinin meri cənab Zoran Yankoviç ilə görüşmüşdür.
23 oktyabr 2025 | 19:09
Lyublyananın meri Zoran Jankoviç görüş zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sloveniyaya rəsmi səfəri çərçivəsində Lyublyana şəhərinə gəlməsini, məmnunluqla xatırladığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin apardığı düşünülmüş və müstəqil siyasət nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuz dairəsinin artdığını, dövlətlərarası münasibətlərdə əlaqələrimizin daha da gücləndiyini qeyd etmişdir.
Z.Jankoviç əvvəllər Bakıda və Qəbələ şəhərlərində olduğunu xatırladaraq xoş təsüratlarını bölüşmüşdür.







