Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinə dair tədbir keçirilib
23 oktyabr 2025 | 14:40
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin qərarı ilə Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti cənab Andrey Kompara Azərbaycan ilə Sloveniya arasında dostluq və əməkdaşlığın inkişafındakı müstəsna xidmətlərinə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdül-Qədirovun və Nova Qoritsa şəhərinin meri cənab Samo Turelin iştirakı ilə keçirilən mərasimdə medalı cənab Andrey Kompara təqdim edilib.







