Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Sincan kəndində xidmət təşkilatlarının səyyar qəbulu keçirilmişdir

14 avqust 2026 | 12:59

Sincan inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi kəndlərin sakinləri üçün xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə səyyar vətəndaş qəbulu təşkil olunmuşdur.

Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaş müraciətlərinin yerində araşdırılması, mövcud problemlərin operativ həlli və əhaliyə göstərilən xidmətlərin əlçatanlığının artırılmasıdır. Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənilmişdir.

Vətəndaşlar tərəfindən əsasən yol, su, qaz, elektrik enerjisi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir. Qaldırılan bəzi problemlər yerində həllini tapmış, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumlara yönləndirilərək icraya götürülmüşdür.

Bu cür səyyar görüşlər kənd sakinlərinin rayon mərkəzinə getmədən problemlərini həll etməsinə şərait yaradır, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Sakinlər göstərilən diqqət və həssas yanaşmaya görə minnətdarlıqlarını bildirmişlər.

Xidmət təşkilatlarının növbəti səyyar qəbulu keçirilmişdir

Keçidlər