Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

SHXÇDX-nin rayon bölməsinin yeni rəisi ilə görüş keçirilib

19 noyabr 2026 | 17:07

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Oğuz rayon bölməsinə yeni təyin olunmuş rəisi mayor Hikmət Əhmədli ilə görüşüb.
Görüşdə hüquq-mühafizə orqanlarının və rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüş zamanı rayonda hərbi xidmətə çağırışın mövcud vəziyyəti, qarşıda duran vəzifələr və bu sahədə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İştirakçılar mayor Hikmət Əhmədlinin yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edərək, şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıblar.
Vurğulanıb ki, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları və digər qurumlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi xidmətə hazırlıq işlərinin səmərəli təşkili və ölkəmizin müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş iştirakçıları mayor Hikmət Əhmədlinin ona göstərilən etimadı doğruldacağına, rayonda səfərbərlik və hərbi xidmətə çağırış sahəsində işləri uğurla davam etdirəcəyinə əminliklərini ifadə ediblər.
SHXÇDX-nin Oğuz rayon bölməsinin rəisi mayor Hikmət Əhmədli göstərilən diqqətə və səmimi münasibətə görə rayon rəhbərinə təşəkkürünü bildirib. O, üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi, hərbi xidmətə çağırış işinin qanunvericiliyin tələblərinə uyğun təşkili və aidiyyəti qurumlarla səmərəli əməkdaşlığın davam etdirilməsi üçün səylə çalışacağını qeyd edib.
Görüş qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə dair əminliklə başa çatıb.

Keçidlər