Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Səyyar qəbul zamanı növbəti müraciətin icrası təmin olunmuşdur

07 aprel 2026 | 17:28

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov tərəfindən Bayan kəndində keçirilən səyyar vətəndaş qəbulları zamanı kənd sakinləri tərəfindən mühüm məsələ qaldırılmışdır. Belə ki, sakinlər Bayan kənd tam orta məktəbinə aparan yolun asfalt örtüyünün yararsız vəziyyətdə olduğunu bildirərək, onun əsaslı təmir edilməsini xahiş etmişlər.

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qeyd olunan ərazidə müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılan əsaslı təmir işləri çərçivəsində yolun asfalt örtüyü tamamilə yenilənmiş, hərəkət üçün əlverişli şərait yaradılmışdır.

Görülən işlər nəticəsində vətəndaşların səyyar qəbul zamanı qaldırdıqları məsələ öz müsbət həllini tapmışdır.

Keçidlər