Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhidlərin qəhrəmanlıq irsi gələcək nəsillərə çatdırılır

24 sentyabr 2026 | 17:08

24 sentyabr 2026-cı il tarixində Oğuz şəhər 2 nömrəli internat tipli texniki və təbiət təmayüllü liseyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğu vurğulanıb, Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik, həmrəylik və yüksək vətənpərvərlik hisslərindən bəhs olunub.
Şəhid ailələrinin üzvləri çıxışlarında şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların Vətən qarşısındakı fədakarlıqlarından söz açaraq əziz xatirələrinin daim ehtiramla yad edilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, gənc nəslin Vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq və tariximizə hörmət ruhunda yetişdirilməsi mühüm əhəmiyyət daşıyır.
Tədbirdə məktəblilər də fəal iştirak ediblər. Şagirdlər Vətən müharibəsi, şəhidlərimizin qəhrəmanlığı və Azərbaycanın tarixi Zəfəri ilə bağlı fikirlərini bölüşüb, şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Görüş zamanı şagirdlərə 27 Sentyabr – Anım Gününün təsis olunması, Vətən müharibəsinin başlanması, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizə barədə ətraflı məlumat verilib.
Bildirilib ki, şəhidlərin xatirəsini yaşatmaq, onların qəhrəmanlıq irsini gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın həyat yolu gənc nəsil üçün vətənpərvərlik, cəsarət və fədakarlıq nümunəsidir.
Tədbirin sonunda şəhidlərin əziz xatirəsi bir daha ehtiramla yad edilib, onların qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında daim yaşayacağı vurğulanıb.

Keçidlər