Şəhid övladlarına məktəbli ləvazimatları təqdim olunub
07 sentyabr 2026 | 09:41
Oğuz rayonunda yeni tədris ili ərəfəsində şəhid övladlarına məktəbli ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim olunub.
“YAŞAT” Fondunun və “PAŞA Holding”in birgə təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən təşəbbüs çərçivəsində şəhid övladları üçün hazırlanan hədiyyə qutuları ailələrin yaşadığı ünvanlara çatdırılaraq onlara təqdim edilib.
Hədiyyə qutularında uşaqların yeni tədris ilində ehtiyac duyacağı müxtəlif məktəb ləvazimatları yer alıb.
Təşəbbüsün məqsədi şəhid övladlarına diqqət və qayğı göstərmək, onların yeni tədris ilinə hazırlığına dəstək olmaq və təhsil prosesinə töhfə verməkdir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.







