Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhid övladları ilə bayram görüşü keçirilmişdir

30 dekabr 2025 | 17:46

30 dekabr 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakiyyətinin təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid övladları ilə görüş keçirilmişdir. Bayram süfrəsi arxasında təşkil olunan tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov iştirak etmişdir.

Tədbir zamanı şəhid övladlarına göstərilən dövlət qayğısından bəhs edilmiş, onların sosial rifahı və arzuları ilə maraqlanılmışdır. Görüş çərçivəsində şəhid övladlarına bayram hədiyyələri təqdim edilmişdir.

Keçidlər