Şəhid övladı doğum günü münasibətilə ziyarət olunub
Şəhid İsmayılov Vüsal Nəbi oğlunun övladı Röyalın doğum günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ailəni ziyarət ediblər.
Görüş zamanı Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun təbrikləri şəhid ailəsinə çatdırılıb, Röyala xoş arzular ifadə olunub. Həmçinin şəhid ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğu, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Şəhid ailəsi göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid ailələrinin ziyarət olunması, onların qayğı və problemlərinin öyrənilməsi Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq davam etdirilir.







