Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhid İsmayılov Fərman Telman oğlunun ailəsi ziyarət edilib

18 noyabr 2026 | 16:34

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov rayonun Xaçmaz kəndində şəhid İsmayılov Fərman Telman oğlunun ailəsini ziyarət edib.
​Ziyarət dövlət tərəfindən şəhid ailəsi üçün inşa edilərək istifadəyə verilmiş yeni fərdi yaşayış evində baş tutub. Yeni mənzilə köçmələri münasibətilə ailə üzvlərini təbrik edən icra başçısı onlara xoş arzularını çatdırıb, şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib.
​Səmimi söhbət zamanı Cavid Əbdul-Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb, bu kateqoriyadan olan vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
​Şəhid anası İsmayılova Xudavər Allahverdi qızı göstərilən yüksək diqqətə və yaradılan gözəl şəraitə görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər