Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhid İbrahimxəlilov Fazil Sabir oğlunun anası ilə görüş keçirilib

14 noyabr 2025 | 14:15

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov şəhid İbrahimxəlilov Fazil Sabir oğlunun anası ilə onun adını daşıyan Oğuz rayon Kərimli kənd körpələr evi–uşaq bağçasında görüş keçirmişdir

       Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir.
      Şəhid anası dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər