Şəhid Əhmədli Elşən Elbrus oğlunun növbəti ildönümü qeyd olunub
44 günlük Vətən müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əhmədli Elşən Elbrus oğlunun növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.
İldönümündə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.
Görüş zamanı bildirilib ki, şəhidlərimizin müqəddəs xatirəsi daim ehtiramla yad olunur, onların ailələrinə diqqət və qayğı göstərmək dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Qeyd olunub ki, şəhidlərin göstərdiyi igidlik və vətənpərvərlik hər bir azərbaycanlı üçün qürur mənbəyidir, onların xatirələri xalqımız tərəfindən daim uca tutulacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







