Şəhid atası Elbrus Əhmədovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib
Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatının sürücüsü, uzun illər ərzində Rayon İcra Hakimiyyətində məsuliyyətlə və vicdanla fəaliyyət göstərmiş şəhid atası Əhmədov Elbrus Əhməddiyyə oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və aparatın əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Elbrus Əhmədovu 65 illik yubileyi münasibətilə təbrik edib. Qeyd olunub ki, Elbrus Əhmədov uzun illər ərzində üzərinə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirib, kollektivin hörmət və rəğbətini qazanıb. Onun səmərəli əmək fəaliyyəti və işinə məsuliyyətli münasibəti hər zaman yüksək qiymətləndirilib.
Aparatın əməkdaşları da Elbrus Əhmədovu yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzulayıblar.
Cavid Əbdul-Qədirov şəhid atasına bundan sonrakı həyatında möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavanlıq arzulayıb, qarşıdakı illərdə də xoş və əlamətdar günlər yaşamasını diləyib.
Daha sonra Elbrus Əhmədova 65 illik yubileyi münasibətilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyə təqdim olunub.
Sonda Elbrus Əhmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, ünvanına səsləndirilən xoş arzular üçün təşəkkür edib.







