Şəhid atası 75 illik yubileyi münasibətilə ziyarət olunub
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, eləcə də İcra Hakimiyyətinin və YAP rayon təşkilatının digər əməkdaşları Oğuz rayonunun Xaçmaz kəndində şəhid Əhmədov Vüqar Osman oğlunun atası Əhmədov Osman Məhəmməd oğlunu 75 illik yubileyi münasibətilə ziyarət ediblər.
Ziyarət zamanı Osman Əhmədov yubileyi münasibətilə təbrik olunub, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavanlıq arzulanıb.
Görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısının və diqqətin əhəmiyyəti vurğulanıb.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.







