Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhid anası 65 illik yubileyi münasibətilə ziyarət olunub

26 oktyabr 2026 | 17:50

Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və İcra Hakimiyyətinin digər əməkdaşları tərəfindən Oğuz rayonunun Xaçmaz kəndində Vətən müharibəsi şəhidi Mustafayev Rasim Ərzuman oğlunun anası Mustafayeva Rəqimə Mürvət qızının 65 illik yubileyi münasibətilə ziyarət həyata keçirilib.

Ziyarət zamanı şəhid anası yubileyi münasibətilə təbrik olunub, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavanlıq arzulanıb.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər