Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhid ailələri ziyarət olunub

11 fevral 2026 | 16:48

11 fevral 2026-cı il tarixdə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov şəhid Dursunov Qəşəm Eldar oğlunun, Məcidov Etibar Zabit oğlunun ailələrini ziyarət etmişdir.

Hüquq mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi görüş zamanı şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir.
Şəhid valideynləri dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.

Keçidlər