Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhid ailələri ziyarət edilib

29 yanvar 2026 | 14:50

29 yanvar 2026-cı il tarixdə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov şəhid Məmmədov Elvin Yaşar oğlunun, Süleymanov Elbrus Süleyman oğlunun, Zaməddinov Fərid İmran oğlunun ailələrini ziyarət etmişdir.

Görüş zamanı şəhidlərin ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir.
Şəhid ailələri dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.

Keçidlər