Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təmizlik aksiyası həyata keçirilib

30 iyul 2026 | 11:52

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Oğuz rayonu ərazisində genişmiqyaslı təmizlik və abadlıq aksiyaları davam etdirilir. Növbəti aksiya Bayan kəndindən Oğuz şəhərinə aparan mərkəzi avtomobil yolunun ətrafında təşkil olunub.

Aksiya zamanı ərazidə sanitar-təmizlik işləri həyata keçirilib, yol kənarları və yaşıllıq zolaqları məişət tullantılarından təmizlənib, ətraf mühitin mühafizəsi və ekoloji təmizliyin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.

Keçirilən aksiya rayonun sanitar vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin qorunması və yaşayış məntəqələrinin daha səliqəli saxlanılması məqsədi daşıyır. Eyni zamanda, bu cür tədbirlər əhalidə ekoloji mədəniyyətin formalaşdırılmasına və təmiz ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir.

Oğuz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq və təmizlik aksiyalarının bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər