“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təmizlik aksiyaları davam edir
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Oğuz rayonu ərazisində genişmiqyaslı təmizlik aksiyaları davam etdirilir. Növbəti aksiya Qumlaq kəndi və Xalxal kəndi istiqamətində, turizm və istirahət məkanlarına aparan yol kənarlarında keçirilib. Aksiyalar zamanı yol kənarları məişət tullantılarından təmizlənir, ərazilər abadlaşdırılır, yaşıllıq zolaqlarına qulluq göstərilir və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir.
Keçirilən tədbirlərin əsas məqsədi rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, magistral yollar boyunca estetik görünüşün təmin edilməsi və vətəndaşlarda təmizlik mədəniyyətinin təşviq olunmasıdır.
Aksiyaların mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.







