Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Oğuzda təmizlik aksiyaları davam etdirilir.

21 fevral 2026 | 07:46

Oğuz rayonu ərazisindən keçən magistral yolların kənarlarında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı təmizlik aksiyaları davam etdirilir.

Aksiyalar zamanı yol kənarları məişət tullantılarından təmizlənir, ərazilər abadlaşdırılır, yaşıllıq zolaqlarına qulluq göstərilir və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir.

Keçirilən tədbirlərin əsas məqsədi rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, magistral yollar boyunca estetik görünüşün təmin edilməsi və vətəndaşlarda təmizlik mədəniyyətinin təşviq olunmasıdır.

Aksiyaların mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər