Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Rəqəmsallaşma və elektron xidmətlərin inkişafı sahəsində Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlərə dair tədbir keçirilib

17 mart 2026 | 14:15

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı Vahid Fəaliyyət Planına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə verilən tapşırıqlara uyğun olaraq, ölkəmiz süni intellekt və rəqəmsal arxitektura sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyur.

        Tədbirdə Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Elşən Yunusov çıxış edərək ölkədə həyata keçirilən rəqəmsal transformasiya siyasətindən bəhs etmişdir. O, həmçinin rayon icra hakimiyyəti tərəfindən dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində görülən işlər, vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan və şəffaf olması üçün tətbiq olunan yeniliklər barədə ətraflı  məlumat vermişdir.

     Bildirilib ki, Rayon İcra Hakimiyyəti başçısı aparatı və İnzibati Ərazi nümayəndəliklərində Elektron Sənəd Dövriyəsi sistemi tətbiq olunmuşdur. Kağız daşıyıcılarda məlumat mübadiləsi tamamilə aradan qaldırlımışdır.

Eyni zamanda qeyd olunmuşdur ki, vətəndaşlara “Rəqəmsal İcra Hakimiyyəti” və ASAN xidmət platforması çərçivəsində “ASAN müraciət” informasiya sistemi vasitəsilə elektron xidmətlər təqdim olunur. Göstərilən xidmətlərin adı, hüquqi əsasları, tələb olunan sənədlər, ödənişlər, xidmət müddəti və digər məlumatlar dövlət xidmətlərinin elektron reyestri olan DXER-ə, o cümlədən “G2B” reyestrinə daxil edilmişdir.

      Daha sonra ölkə üzrə ilk olaraq Oğuz Rayon İcra Hakimiyyətində yaradılmış Vətəndaş Qəbulu və Elektron Xidmətlər üzrə Dəstək Mərkəzinin fəaliyyəti barədə məlumat verilmişdir. Mərkəz “ASAN xidmət” standartları əsasında fəaliyyət göstərərək vətəndaşlara həm onlayn, həm də fiziki formada xidmət təqdim edir.

       Eyni zamanda Rayon İcra Hakimiyyətinin informasiya sistemlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sistemləri, eləcə də Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə inteqrasiyası təmin edilmişdir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə qoşulmaq istiqamətində isə müvafiq qurumlarla işlər davam etdirilir.

       2025-ci il ərzində Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri aparılmış, əməkdaşların iş şəraiti yaxşılaşdırılmış, müasir elektron avadanlıqlar və kompüterlərlə, yüksək sürətli internet şəbəkəsi ilə təmin edilmişdir.

     RİH aparatıbda İƏD üzrə nümayəndləiklərdə əmək intizamına nəzarət aparatları və təhlükəsizlik kameraları quraşdırlmışdır.

Qeyd olunmuşdur ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər