Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Oğuz rayonunda vətəndaşları qəbul edib

26 sentyabr 2025 | 16:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 26-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Oğuz, Şəki və Qəbələ sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Keçidlər