Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasının yas mərasimində iştirak edib
05 oktyabr 2026 | 15:08
Oğuz rayonunun Muxas kəndində Birinci Qarabağ müharibəsi şəhidi Cəmaləddinov İntiqam Həsən oğlunun anası Məmmədsaadova Zənfirə Lətif qızı vəfat edib.
Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Oğuz rayon təşkilatının sədri və kənd sakinləri mərhumun dəfn mərasimində iştirak ediblər.
Mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, onlara səbir və dözüm dilənilib.
Allah rəhmət eləsin!







