Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir

31 avqust 2026 | 18:25

İclasın gündəliyində duran 4 məsələ müzakirə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası çıxışlarının, müsahibələrinin öyrənilməsi, təbliği və əhaliyə çatdırılması istiqamətində tədbirlərin görülməsi, sosial-iqtisadi siyasət sahəsində aparılan işlər,eyni zamanda ərazidə görülən işlər,onların miqyası barədə Oğuz Rayon İcra Hakimiyyətində, rayon ərazisində fəaliyyət göstərən idarə,müəsissə və təşkilatlarda məlumatlandırma tədbirlərinin keçirilməsi vəziyyəti haqqında;
Əhalinin sosial müdafiəsi sahəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımların aztəminatlı ailələrə ödənilməsi, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması vəziyyəti barədə;
2026- cı il Şəhərsalma və Memarlıq ilinin cari dövründə Oğuz rayonu ərazisində dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə görülən tədbirlər haqqında;
2026-cı ilin cari dövründə RİH başçısının Bucaq, Böyük Söyüdlü, Baş Daşağıl, Filfili, Xaçmaz, Calut, Kərimli İƏD üzrə nümayəndəliklərinin fəaliyyətləri barədə.
İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra hesabat iclasının qərarı qəbul olunub.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Keçidlər