Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Qumlaq kəndində səyyar vətəndaş qəbulu keçirilib

03 sentyabr 2025 | 16:10

   Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.
  Sakinlərin  Qumlaq kəndinin mərkəzindən keçən yolun kənarındakı təbii qaz xəttlərinin rənglənməsi, təmiri başa çatmaq üzrə olan Qumlaq kənd Körpələr evi Uşaq bağçasına internet xəttinin çəkilişi, Hallavar yaşayış məntəqəsinə gedən 1.1 km uzunluğundakı yolun əsaslı təmiri ilə bağlı müraciətləri dinlənilib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov müraciətlə bağlı öz fikirlərini bildirərək, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıq vermişdir.

Keçidlər