Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği” layihəsi çərçivəsində növbəti seminar Yaqublu kəndində keçirilmişdir

27 avqust 2025 | 12:53

“Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin təşkilatçılığı və Oğuz Rayon İcra Hakimiyyəti dəstəyi ilə keçirilən tədbir iştirakçıları əvvəlcə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri layihə rəhbəri Xatirə Fərəcli açaraq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs etdi.
AMEA Folklor İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi, politoloq Vəfa Saleh Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət, həmçinin tarixi faktların obyektiv şəkildə təbliğindən, filoloq Şəbnəm Hüseynova Qərbi Azərbaycanın ədəbi mühiti haqqında, tədqiqatçı Ülviyyə Behbudova Qərbi Azərbaycana qayıdışla bağlı hər kəsin üzərinə düşən mənəvi məsuliyyətdən bəhs edib, Gender məsələləri üzrə mütəxəssis Samirə Şaqavatova Qərbi Azərbaycanla bağlı gerçəklərin geniş ictimaiyyətə çatdırılmasının önəmini vurğulayıb. Yerli sakinlər arasında çıxış edən Abbas Həşimov keçirilən sözügedən tədbirin bu istiqamətdə çox mühüm fəaliyyət olduğunu qeyd edib.
Digər çıxış edənlər qeyd etdilər ki, regionlarda keçirilən bu cür tədbirlərin Qərbi Azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, insanların tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında çox əhəmiyyətlidir.

Keçidlər