Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği” layihəsi çərçivəsində növbəti seminar Calut kəndində keçirilmişdir

29 avqust 2025 | 21:52

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri layihə rəhbəri Xatirə Fərəcli açaraq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs etdi. Çıxış edənlər qeyd etdilər ki, Oğuz rayonunun Yaqublu və Calut kəndlərinə (1918-1920-ci, 1948, 1953, 1987-ci illərdə) Qərbi Azərbaycandan olan insanlar deportasiya olunmuşdur və regionlarda keçirilən bu cür tədbirlərin Qərbi Azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, insanların tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında çox əhəmiyyətlidir.

Keçidlər