Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və müşahidə tədbirləri davam etdirilir

26 noyabr 2025 | 17:47

26 noyabr 2025-ci il tarixdə,  Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında,  Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”na əsasən rayon əhalisi arasında geniş maarifləndirmə işlərinin aparılması, mövcud qışlama ocaqlarının ləğv edilməsi məqsədilə rayon icra hakimiyyətinin və aidiyyatı qurumların səlahiyyətli nümayəndələrinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və fermerlərin iştirakı ilə təlim keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov qəhvəyi mərmər bağacığının yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri haqda danışmış, zərərvericinin qışlama dövründə evlərə, yardımçı tikililərə və digər qapalı məkanlara toplanmasının qarşısını almaq üçün vaxtında mexaniki toplama və məhv etmə tədbirlərinin aparılmasının vacib olduğunu bildirmişdir. 

Təlimdə təqdimatla çıxış edən Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rayon mərkəzinin rəisi Yengibar Məhərrəmov ötən dövr ərzində qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə rayonda görülmüş işlər, zərərvericinin morfo-bioloji əlamət və xüsusiyyətləri, onun qışlama dövrünü daha çox hansı yerlərdə keçirdiyi barədə məlumat vermiş, kəndlərdə monitorinqin aparılması qaydasını izah etmişdir. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər