Qardaşlaşmış şəhərlər Nova Qoritsa və Oğuz şəhərləri arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
23 oktyabr 2025 | 16:44
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdül-Qədirov Sloveniyaya səfəri çərçivəsində Nova Qoritsa və Vipava Vadisi Turizm Şurasının baş meneceri xanım Erika Lojk və Lyublyana Turizm Baş direktorunun müavini xanım Ana Lampiç ilə görüşmüşdür. Azərbaycan və Sloveniyanın iki turizm məkanı - tərəfdaş şəhərlər olan Oğuz və Nova Qoritsa arasında turizm sahəsində əməkdaşlığın perspektivləri, həmçinin iki ölkə arasında turizm sahəsində daha geniş əməkdaşlıq məsələləri müzakirə edilib.







