Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair müşavirə keçirilib
14 oktyabr 2026-cı il tarixində Oğuz Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunması, milli-mənəvi dəyərlərin və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, müasir təbliğat işinin təşkili, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin ictimaiyyətə düzgün çatdırılması məsələləri müzakirə olunub.
Müşavirədə giriş nitqi ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərdən və dövlət siyasətinin əsas prioritetlərindən danışıb.
Qeyd olunub ki, müasir dövrdə ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər mühüm əhəmiyyət daşıyır. Bu baxımdan təhsil və maarifləndirmə işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, gənclərin informasiya təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, iqtisadi və hərbi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin nəticəsidir.
Vurğulanıb ki, dövlət başçısının qurultayda müəyyən etdiyi vəzifələrin ölkənin bütün bölgələrində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Oğuz rayonunda da sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliği, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyəsi istiqamətində tədbirlər davam etdirilir.
Müşavirədə Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Etibar Yusubov, Oğuz rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azad Əliyev, Oğuz Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı, şəhid bacısı Şükufə İbrahimova, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi, Vətən müharibəsi qazisi Ceyhun Səmədzadə və Yeni Azərbaycan Partiyasının gənc üzvü Rəqsanə Hüseynova çıxış ediblər.
Çıxışlarda rayonun sosial-iqtisadi inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, aqrar sahənin inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğının davam etdirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, gənclərin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə sadiqlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması, milli maraqların qorunması və ideoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.







