Padar kəndində səyyar vətəndaş qəbulu keçirilib
07 yanvar 2026-cı il tarixdə Padar kəndində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.
RİH başçısı Cavid Əbdul-Qədirov ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Oğuz rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Vətəndaş qəbulu və elektron xidmətlər üzrə dəstək mərkəzinin” sakinlərimizin xidmətində mövcud olduğunu xatırladılıb.
Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə dərin təşəkkürlərini bildiriblər.







