Oğuzda yüksək nəticə göstərən məzunlarla görüş keçirilib
Oğuz Rayon İcra Hakimiyyətində 2025-/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında Yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, təhsil işçiləri, yüksək bal toplayan tələbələr və onların valideynləri iştirak ediblər.
İcra hakimiyyətinin başçısı gəncləri və onların valideynlərini qazanılan böyük uğur münasibətilə təbrik edib, onlara gələcək təhsil illərində uğurlar arzulayıb. Dövlətin təhsilə və gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açılaraq, savadlı kadrların ölkəmizin gələcəyindəki mühüm rolu vurğulanıb.
Təhsil sektorunun müdiri rayon üzrə bu ilki qəbul göstəriciləri, şagirdlərin əldə etdiyi nailiyyətlər və müəllim kollektivinin əməyi haqqında ətraflı məlumat verib. Yüksək nəticə göstərən məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən fəxri təşəkkürnamələr və qiymətli xatirə hədiyyələri təqdim olunub.
Tələbələr və valideynlər göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və əməyi keçən bütün müəllimlərə öz minnətdarlıqlarını bildiriblər.
Görüş xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb







