Oğuzda yol hərəkəti təhlükəsizliyi ilə bağlı iclas keçirilib
Oğuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yol hərəkəti təhlükəsizliyi komissiyasının növbəti iclası keçirilib. İclasda rayon ərazisində yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində görüləcək işlər geniş müzakirə olunub.
Tədbirdə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, piyada keçidlərinin mövcud vəziyyəti, yol nişanlarının və nişanlanma xətlərinin yenilənməsi kimi məsələlər diqqət mərkəzində olub. Xüsusilə təhsil müəssisələrinin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması ilə bağlı təkliflər irəli sürülüb.
Komissiya üzvləri, həmçinin Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov tərəfindən keçirilən səyyar qəbullar zamanı vətəndaşların yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaldırdığı məsələləri müzakirə ediblər. Qeyd olunan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınıb.
İclasın sonunda yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb, əhali arasında maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi bildirilib.







