Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

21 noyabr 2024 | 15:49

21 noyabr 2024-cü il tarixdə Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında keçirilən tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, partiya üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak emişlər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 32 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırdığını diqqətə çatdıraraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası 32 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. YAP-nın Azərbaycanın bütün uğurlarındakı xüsusi əhəmiyyətindən bəhs edərək həyata keçirilən xarici və daxili siyasətin nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində azad olunmuş, ötən ilin sentyabrında bir sutkalıq antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa edilmişdir. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş, bu gün qalib xalqın qalib Lideri İlham Əliyevin təşəbbüsləri ilə inkişaf edən YAP ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaqdır.
Çıxış edən digər iştirakçılar da Yeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini, partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini bildirdilər.
Təbrik çıxışı edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov qeyd etdi ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. 32 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim edilib.

Keçidlər