Oğuzda yaşayan udi icması ilə görüş keçirilmişdir
Görüşdə ilk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxundu.
Görüş iştirakçıları çıxışları zamanı tolerantlığın Oğuz rayonunda da yüksək səviyyədə özünü göstərdiyini, rayonda Azərbaycanlılarla yanaşı müxtəlif xalqların (ləzgi, udi, gürcü, yəhudi, rus və s. ) və dinlərin nümayəndələrinin uzun illər ərzində əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetirdiklərini bildirdirdilər.
Sonra icma üzvlərinin əsasən məşğulluq problemləri olmaqla müraciətləri dinlənildi. Qaldırıllan məsələlərin İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olanlarının həlli üçün yerində tapşırıq verildi, digər mövzularla bağlı isə qanunvericiliyin tələbləri izah edilərək, aidiyyəti istiqamətlərə yönləndirildi.