Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda ümumtəhsil müəssisələrində 10 dekabr Ümumdünya İnsan Hüquqları Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

10 dekabr 2025 | 17:34

Oğuz Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşları tərəfindən rayonun müxtəlif ümumtəhsil müəssisələrində şagirdlər üçün 10 dekabr Ümumdünya İnsan Hüquqları Günü münasibətilə maarifləndirici görüşlər təşkil olunub. Görüşlər zamanı insan və vətəndaş hüquqlarının beynəlxalq-normativ əsasları, bu hüquqların müdafiə mexanizmləri, eləcə də müasir cəmiyyət üçün əhəmiyyəti barədə elmi-praktik müzakirələr aparılıb.

Şagirdlərə insan hüquqlarının qorunması ilə bağlı mövcud hüquqi baza, beynəlxalq konvensiyalar, həmçinin uşaqların hüquqlarına dair mühüm anlayışlar barədə ətraflı məlumat verilib. Tədbirlərdə hüquqi maarifləndirmənin yeniyetmələr arasında düzgün hüquq mədəniyyətinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb.

Oğuz Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən bu kimi maarifləndirici tədbirlərin gələcəkdə də ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər