Oğuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər davam edir
07 may 2026 | 13:36
07 may 2026-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Oğuz rayonunda silsilə tədbirlər çərçivəsində həvəskarlar arasında kross qaçışı və velosiped yürüşü üzrə rayon birinciliyi keçirilmişdir.
Yarış Oğuz Rayon İcra Hakimiyyəti, Oğuz rayonu üzrə Gənclər və İdman sektoru, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı və Oğuz rayonu üzrə Təhsil sektoru tərəfindən birgə təşkil olunmuşdur.
Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və Ümummilli Liderin zəngin irsinin gənc nəslə aşılanması olmuşdur.







