Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

07 may 2026 | 16:21

Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə, həmçinin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində 7 may 2026-cı il tarixində növbəti ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, şəhid valideyinləri

Arif Məmmədov, Rövşən Nurəliyev, Oğuz rayonu “11 №-li Yol İstismarı” idarəsinin əməkdaşları iştirak etmişlər.

Keçirilən ağacəkmə aksiyaları ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin mühafizəsinə ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlılığının təmin olunmasına mühüm töhfə verir. Yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması istiqamətində tədbirlər “Şəhərsalma və Memarlıq ili” çərçivəsində bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər