Oğuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.
08 may 2025 | 17:28
08 may 2025-ci il tarixdə Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Rayon İcra Hakimiyyəti, Oğuz rayonu üzrə Gənclər və İdman sektoru, YAP Oğuz rayon təşkilatı və Oğuz rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə həvəskarlar arasında kross qaçışı və velosiped yürüşü üzrə rayon birinciliyi keçirilmişdir.