Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə intellektual yarış keçirilib.

08 may 2025 | 11:55

    7 may 2025-ci il tarixində Oğuz şəhərində yerləşən AFRA oteldə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Oğuz rayon İcra Hakimiyyətinin Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon üzrə gənclər və idman sektorunun,Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının, Oğuz rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə böyüklər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
    Açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rayonumuzda keçirilən tədbirlərdən, Ümummilli Liderin gənclərə qayğısından, onun xalqımıza miras qoyub getdiyi irsinin gənclər arasında təbliği və əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonumuzun komandalarının intellektual oyunlarda uğurlu çıxışlarından bəhs ediblər və yarış iştirakçılarına uğurlar arzulayıblar.
Qaliblər diplom, hədiyyə və kubokla təltif ediliblər.

Keçidlər