Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib

12 dekabr 2025 | 15:26

Tədbirdə ilk öncə dövlət himni sələndirilib, daha sonra  Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ulu Öndərin əsasını qoyduğu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Digər çıxış edənlər vurğulayıblar ki, Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.

Daha sonra Oğuz şəhəri Həbib Babayev adına 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti üçün ehsan süfrəsi açılıb.

Keçidlər