Oğuzda Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH-nin başçısı çıxış edərək bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ulu Öndərin əsasını qoyduğu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər vurğulayıblar ki, Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.
Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti üçün ehsan süfrəsi açılıb.