Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub

10 may 2026 | 16:24

10 may 2026-cı il tarixdə, Oğuz rayon Mədəniyyət Mərkəzində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü təntənəli şəkildə qeyd edilib.
Tədbirdən öncə Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Milli Məclisin deputatı Eyvaz Qurbanov, hüquq-mühafizə orqanlarının, YAP Oğuz rayon Təşkilatıın, rayon Ağsaqqallar Şurasının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Daha sonra Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş edilmişdir.
İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək Ulu Öndərin şərəfli tarixi fəaliyyətindən, xilaskarlıq missiyasından söz açaraq bildirib ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü zaman xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan dahi rəhbərin sonsuz vətən sevgisi, sarsılmaz siyasi qətiyyəti, titanik fəaliyyəti və güclü idarəçilik bacarığı sayəsində
Azərbaycan real parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Heydər Əliyev mütərəqqi siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə, regionun lider dövlətinə çevrildiyini bildirmiş, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 günə əzəli torpaqlarımızı işğalçılardan azad etməsi, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası hər bir azərbaycanlının əsl qürur və şərəf mənbəyi olduğunu diqqətə çatdırmışdır.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, dahi liderin zəngin siyasi irsi bu gün də ölkəmizin davamlı inkişafına yol göstərir və gələcək nəsillər üçün örnəkdir.
Tədbirin bədii hissəsində Oğuz şəhər 2 nömrəli internat tipli texniki-təbiət təmayüllü liseyin şagirdləri tərəfindən hazırlanmış kompozisiya təqdim olunub. Şeir, rəqs və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Daha sonra Oğuz Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim edilib.
Tədbirin sonunda təhsil və idman sahəsində yüksək nailiyyətlər qazanmış məktəblilərə və təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Keçidlər