Oğuzda taxıl biçini uğurla davam edir
Oğuz rayonunda taxıl biçini mövsümü uğurla davam edir. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azad Əliyevlə birlikdə Top kəndində fermer Fidail Məmmədovun təsərrüfatında aparılan biçin prosesi ilə yerində tanış olub.
Fermerlə keçirilən görüş zamanı payızlıq taxıl əkinləri ilə bağlı mövcud vəziyyət, gübrə təminatı, əkin subsidiyalarının verilməsi, suvarma suyunun vaxtında çatdırılması və kənd təsərrüfatı texnikaları ilə təminat məsələləri müzakirə edilib. Rayon İcra Hakimiyyətinin başçısı fermerləri narahat edən məsələləri dinləyərək onların həlli istiqamətində fikir mübadiləsi aparıb.
Qeyd olunub ki, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi nəticəsində rayonun taxıl sahələrində yüksək məhsuldarlıq əldə olunub. Biçinin itkisiz və optimal müddətdə başa çatdırılması məqsədilə rayonun müxtəlif ərazilərində mövcud olan müxtəlif markalı kombaynlar tam hazır vəziyyətə gətirilib. Eyni zamanda, biçin prosesinin fasiləsiz təşkili üçün kənar rayonlardan əlavə kombaynların cəlb olunması istiqamətində də müvafiq tədbirlər görülüb.







