Oğuzda sel sularının yaratdığı fəsadlar aradan qaldırılır
25 may 2026 | 18:24
Oğuz rayonu ərazisində sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyri-sabit hava şəraiti nəticəsində Türyançayın məcrasından çıxması Oğuz rayonunun Mollalı kəndində ciddi fəsadlara səbəb olub. Belə ki, kəndin yeganə giriş-çıxışını təmin edən körpü sel suları nəticəsində yararsız vəziyyətə düşüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülüb. Həyata keçirilən təxirəsalınmaz işlər nəticəsində müvəqqəti körpü qısa müddətdə bərpa olunaraq sakinlərin istifadəsinə verilib.
Hazırda əraziyə gediş-gəliş tam bərpa edilib, selin yaratdığı digər fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.







