Oğuzda şəhid övladı doğum günü münasibətilə ziyarət edildi
01 iyul 2025 | 09:37
Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid İsmayılov Vüsal Nəbi oğlunun övladı Röyalın doğum günü münasibətilə ailəsini ziyarət etmişdir. Görüş zamanı Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun təbrikləri şəhidin ailəsinə çatdırılmış, ailəyə diqqət və qayğının daim davam etdiriləcəyi vurğulanmışdır.