Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

05 may 2026 | 14:07

Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə, həmçinin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatı, Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Oğuz rayon Mərkəzi Xəstəxanasının kollektivləri iştirak etmişlər.

Keçirilən ağacəkmə aksiyaları ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin mühafizəsinə ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlılığının təmin olunmasına mühüm töhfə verir. Yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması istiqamətində tədbirlər “Şəhərsalma və Memarlıq ili” çərçivəsində bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər