Oğuzda "Şahin" hərbi- idman oyununun rayon mərhələsi keçirilib
18 aprel 2026-cı il tarixində Oğuz rayon Arzu Əliyev adına Padar kənd tam orta məktəbində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyunun rayon mərhələsi keçirilib.
Tədbir iştirakçıları və komandalar ilk öncə Padar kəndində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra tədbirin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Vasif İsgəndərov, Vətən müharibəsi qazisi, polkovnik – leytenant Famil Şəfiyev, SHXÇDX-nin Oğuz rayon bölməsinin və Oğuz rayon Təhsil sektorunun nümayəndələri çıxış edərək hər il ənənəvi olaraq keçirilən “Şahin” hərbi-idman oyunlarının gənclərdə vətənpərvərlik, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların vətənpərvərlik ruhunda böyüməsi, hərbi xidmətə hazırlanması məqsədi daşıdığını, vacib məsələ kimi dövlətimizin daim diqqət mərkəzində olduğunu bildiriblər və komandalara uğurlar arzulayıblar.
8 komandanın iştirakı ilə baş tutan rayon mərhələsində yekun nəticələrə əsasən
1- ci yerə Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli məktəbin komandası
2- ci yerə Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin komandası
3- cü yerə Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü liseyin komandası layiq görülüblər.







