Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “Rayonda vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişafı” mövzusunda dəyirmi masa keçirilmişdir

21 may 2026 | 12:01

Oğuz Rayon İcra Hakimiyyətində “Rayonda vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişafı” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ictimai birliklərin, Oğuz rayon Ağsaqqallar şurasının sədri, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı yanında İctimai Şuranın sədri, müxtəlif cəmiyyətlərin, sosial fəalların, gənclər nümayəndələrinin və aidiyyəti qurumların təmsilçiləri iştirak etmişlər.

Dəyirmi masada vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolu, dövlət–ictimai əməkdaşlığının əhəmiyyəti, gənclərin ictimai fəallığının artırılması, sosial təşəbbüslərin dəstəklənməsi və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Çıxış edənlər ictimai birliklərin cəmiyyətin müxtəlif sahələrində həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini vurğulamış, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində təkliflərini səsləndirmişlər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər müzakirə olunmuş, birgə fəaliyyətin gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılmışdır.

Keçidlər