Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda payızlıq əkin işlərinin gedişi və su ehtiyatlarından səmərəli istifadə məsələləri müzakirə olunub

07 noyabr 2025 | 16:35

Oğuz Rayon İcra Hakimiyyətində payızlıq əkin işlərinin gedişi, 2026-cı ilin məhsulu üçün EKTİS-də bəyanların faktiki vəziyyəti, növbəti il suvarılacaq sahələrin müəyyən edilməsi və statistik məlumatların düzgün təqdim olunması məsələlərinə həsr olunmuş iclas keçirilib.

İclasda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Oğuz Rayon Statistika İdarəsinin, Oğuz Suvarma Sistemləri və Meliorasiya İdarəsinin rəhbərləri həmçinin inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə payızlıq əkin sahələrində aparılan işlərin mövcud vəziyyəti, kənd təsərrüfatı məhsulları üzrə bəyanların EKTİS sisteminə daxil edilməsi prosesi, statistik məlumatların düzgün və vaxtında təqdim olunması, eləcə də su ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı mövcud vəziyyət müzakirə olunub.

İclasda aşağıdakı məsələlər diqqət mərkəzində olub:

  1. Payızlıq əkin sahələrində əkin işlərinin gedişi;
  2. 2026-cı ilin məhsulu üçün EKTİS-də bəyanların faktiki vəziyyəti;
  3. Statistik məlumatların vaxtında və düzgün verilməsi sahəsində mövcud nöqsanlar və çatışmazlıqlar;
  4. Su ehtiyatlarının səmərəli istifadəsi və normativlərə riayət olunması.

Müzakirələr zamanı əkin planlarının vaxtında və keyfiyyətlə icrası, suvarma sistemlərinin səmərəli təşkili, statistik hesabatların düzgün və vaxtında təqdim edilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib.

Keçidlər